BaşlıcaSiyasət

Ararat Mirzoyan və İqor Xovayev Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi ilə bağlı fikir mübadiləsi aparıblar

Noyabrın 14-də ER Xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya Xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verən xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son hadisələr müzakirə olunub.

Həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçidə keçirilmiş son üçtərəfli görüşünə və qəbul edilmiş birgə bəyanata istinad ediblər.

 Bu kontekstdə Ararat Mirzoyan tərəflərin güc tətbiqindən və ya güc tətbiq etməklə hədələməsindən çəkinmək öhdəliyinin vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan öz təcavüzkar davranışı ilə və fanatik arzularla  regionda sabit və uzunmüddətli sülhün bərqərar olmasına mane olmaqda davam edir.

Ararat Mirzoyan və İqor Xovayev həmçinin Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası prosesi, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button