ArtsaxBaşlıca

Artsax XİN Fransa Senatının Azərbaycanın təcavüzkar siyasətini   məhkum edən qətnaməni alqışlayır

Artsax Respublikasının Xarici işlər nazirliyi noyabrın 15-də Fransa Senatının qəbul etdiyi, Azərbaycanın Ermənistan və Artsaxa qarşı təcavüzkar və ermənilərə nifrət siyasətini məhkum edən qətnaməni alqışlayır. Bu haqda Artsax Respublikasının Xarici işlər nazirliyi məlumatlandırıb.

“Sənəd Dağlıq Qarabağ Respublikasının tanınmasının və davamlı sülhün bərqərar olması üçün bu tanınmadan danışıqlar vasitəsi kimi istifadə edilməsinin zəruriliyini bir daha təsdiq edir.

Qətnamədə vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağa qarşı dəfələrlə təcavüzkar hərəkətləri Artsax ermənilərinin təhlükəsizliyini və azadlığını təhdid edir.

Senat Fransa hökumətini Cənubi Qafqazda sabit sülhə nail olmaq üçün Azərbaycanın dərhal danışıqlar prosesinə qoşulması üçün mümkün olan hər şeyi etməyə çağırır.

Bu cür məzmunlu qətnamənin qəbulu həm siyasi, həm hüquqi, həm də mənəvi baxımdan mühüm addımdır, çünki Azərbaycanın ekspansionist və hərbi nəfəsli siyasəti təkcə erməni xalqı və erməni dövlətçiliyi üçün deyil, həm də regional sabitlik və dövlətçiliyə ciddi çağırış və təhlükədir.

Artsax palamentinin deputatları Fransadakı dostlarına  minnətdarlıq bildiriblər

Birmənalı və prinsipial mövqe tutduqlarına görə Fransadakı dostlarımıza minnətdarlığımızı bildiririk” – deyə müraciətdə bildirilir.

Artsak Respublikası parlamentinin “Artsax-Fransa” Dostluq Assosiasiyasının deputatları fransalı həmkarlarına minnətdarlıqlarını bildiriblər.

Bu barədə Ermənistan palamentinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumatlandırıb.

Daha çox göstər
Back to top button