Bu ilin 10 ayında Ermənistana 1,4 milyon turist gəlib: Onların təxminən yarısı RF-dan olub (Fotolar)

Bu ilin 10 ayının məlumatına görə, Ermənistana 1,4 milyona yaxın turist gəlib.
Statistika komitəsinin məlumatına görə, turistlərin ümumi sayının təxminən 46 faizi Rusiyadan gəlib. İ
İkinci yerdə bu il İranı ötüb keçən Gürcüstandır. Ermənistana ümumi turistlərin 8 faizi Gürcüstandan, 7 faizi isə İrandan gəlib.
Maraqlıdır ki, ən çox turist axını avqust ayında qeydə alınıb: 261 834 nəfər, onlardan 135 mini ruslardır. Sentyabrda Ermənistana 97 min, oktyabrda isə 76 min rus gəlib.
Xatırladaq ki, bu ilin ilk 6 ayında Ermənistana 588 min 731 turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çoxdur.
Maraqlıdır ki, 588 min turistin 54,5 faizi Rusiyadan (3,1 dəfə artım), 12,2 faizi Avropa İttifaqı ölkələrindən (3,4 dəfə artım) olub. Ermənistana başqa ölkələrdən gələnlər 33,3 faiz (artım: 2,6 dəfə) təşkil edib.
Ukraynadan Ermənistana gələnlər bütün turistlərin cəmi 1,3 faizini təşkil edib ki, bu da ötən illə müqayisədə 75 faiz çoxdur.










