
Ermənistan KTMT ilə Azərbaycan arasında müharibə törətmək istəmir. ER Baş naziri Paşinyan lakin strukturun mövqeyini müdafiə edəcəyinə və Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisini tərk etməli olduğunu bəyan edəcəyinə ümid edir.
Alınan məlumata görə, bu haqda Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab zamanıqeyd edib..
Baş nazir xatırladıb ki, Ermənistanın mövqeyi aydındır, Azərbaycan qoşunları Ermənistanın işğal olunmuş ərazilərindən, 2021-ci il mayın 11-dək mövcud olan mövqelərdən çıxmalıdır.
Və faktiki olaraq göründüyü kimi beynəlxalq ictimaiyyət Ermənistanın bu mövqeyini dəstəkləyir.
“Ümid edirik ki, KTMT də bizim mövqeyimizi müdafiə edəcək. Təbii ki, vəziyyət qəribədir, çünki belə görünür ki, bunun əksi olmalı idi, KTMT açıq şəkildə müdafiə etməli idi və biz mövqe qurmaq üçün digər tərəfdaşlarla işləməliydik.
Di gör ki, indi bizdə bunun tam əksi var.Və ümid edirəm ki, biz bu konsensusu noyabrın 23-də Yerevanda keçiriləcək KTMT sammitində qeyd edəcəyik.
Bu, ER üçün prinsipial qərar və mövqedir.Mən çox aydın olmaq istəyirəm: biz bunu edirik. KTMT-Azərbaycan müharibəsini qızışdırmaq istəmirik.
Əsla, biz deyirik ki, KTMT-nin bu vəziyyətlə bağlı siyasi mövqeyi, rekordu, qavrayışı necədir” – deyə Paşinyan bildirib.
Bu vəziyyətlə bağlı KTMT-nin hansı siyasi mövqe tutması Ermənistan üçün son dərəcə vacibdir. Paşinyanın fikrincə, ER vətəndaşlarının KTMT-yə münasibəti və Ermənistanla KTMT arasında münasibətlərin gələcəyi məhz, həmin mövqedən asılıdır.







