BaşlıcaSiyasət

İranşünas: “Azərbaycan İrana problem yarada biləcək ölkə deyil”

Azərbaycanla İran arasında ritorikanın dərinləşməsi hərbi toqquşmalara gətirib çıxarmayacaq, çünki Azərbaycan anlayır ki, bəzi dövlətlərin hərbi dəstəyi olsa belə, resurslarını nəzərə alaraq İranla bu qədər asanlıqla müharibəyə gedə bilməz.

Bu barədə “Radar Armenia” ilə  söhbətində İranşünas Qarik Misakyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan İrana problem yarada biləcək dövlət deyil. Amma digər tərəfdən, Azərbaycan İrana müəyyən təzyiqlər kontekstində daha böyük güclərin, xüsusilə Türkiyə və İsrailin alətinə çevrilir.

“Mən düşünürəm ki, bu cür ritorika davam edərsə, İran da daha ciddi addımlar ata bilər, lakin İranı müharibəyə cəlb etməyin, bəzi Ukrayna senarilərini İrana tətbiq etməyin mümkün olub-olmayacağı barədə danışmaq kifayət qədər çətindir.

İranın daxili problemləri və nümayişləri də Azərbaycan ritorikasının güclənməsinin əsas səbəblərindən biri sayıla bilər, çünki Bakı da bu vəziyyətdən istifadə edib İranın Şimalındakı türkdilli əhaliyə təsir etmək fikrindədir” – deyərək İranşünas yekunlaşdırıb.

Daha çox göstər
Back to top button