BaşlıcaSiyasət

ER Baş prokuroruna  İran səfiri:  “Hər hansı bir dövlətin Sünik bölgəsinə istəkləri olmamalıdır”

Ermənistan Respublikasının Baş prokuroru Anna Vardapetyan bu gün İran İslam Respublikasının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Anna Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında diplomatik münasibətlərin zəngin təcrübəsinə əsaslanan mövcud əməkdaşlığı yüksək qiymətləndirib və əmin edib ki, hər iki tərəfin səmərəli fəaliyyəti əsasında bu əməkdaşlıq daha da genişlənəcək və yeni keyfiyyət alacaqdır.

Səfir görüş imkanına görə ER Baş prokuroruna təşəkkür edib və vurğulayıb ki, İran və Ermənistan arasında 3000 illik möhkəm tarixi və mədəni əlaqələr bütün istiqamətlərdə xüsusən son  iki ildə əlaqələrin inkişafı üçün yaxşı əsasdır.

Bu kontekstdə səfir Zohuri vurğulayıb ki, qonşu ölkə Ermənistanla münasibətlər İran üçün prioritetdir və bunun qarşılıqlı olması iki ölkənin rəhbərliyi tərəfindən də təsdiqlənir.

Anna Vardapetyanın İranın Sünikdə baş konsulluğunun açılmasını yüksək qiymətləndirməsinə cavab olaraq səfir Zohuri Ermənistanın Sünik bölgəsinin İran üçün əhəmiyyətini bir daha təsdiqləyib və vurğulayıb ki, heç bir dövlətin regiona qarşı heç bir istəkləri olmamalıdır.

Görüş zamanı Ermənistanın Baş prokuroru və İranın Ermənistandakı səfiri qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunublar ki, bu da əsasən məhkumların ekstradisiyası və cinayət işlərində hüquqi yardım, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və insan alvrinə qarşı mübarizədə səmərəli və operativ qarşılıqlı fəaliyyətlə bağlı olub.

Daha çox göstər
Back to top button