
Ermənistanın Xİ naziri Ararat Mirzoyan Yerevanda başlayan KTMT Xarici işlər nazirlərinin görüşündə tərəfdaşlarını salamlayıb.
“Sabah KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti birgə iclası keçiriləcək.
Biz ölkələrimiz və ümumiyyətlə, KTMT üçün vacib olan bir çox mühüm məsələləri müzakirə edəcəyik. Bu görüş bizim üçün də vacibdir, çünki bu ilin sentyabrında Azərbaycanın Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə təcavüzündən sonra indiki formatda birincidir” – deyə Ararat Mirzoyan bildirib.
Ermənistanın Xarici işlər naziri vurğulayıb ki, KTMT-nin gündəliyində xarici siyasətin koordinasiyası, hərbi-siyasi əməkdaşlıq, yeni təhdid və çağırışlar və ümumilikdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı iyirmiyə yaxın sənəd var.
“Layihələrin və məsələlərin əksəriyyəti artıq razılaşdırılıb. Dünən və bu gün Stanislav Zasın rəhbərliyi ilə razılaşma Komissiyası işləyib.
Ümid edirəm ki, səmərəli fikir mübadiləsi aparılacaq və işlərə başlamağı təklif edirəm” – deyərək o, qeyd edib.







