BaşlıcaSiyasət

Horadiz-Meğri-Ordubad-Sardarak-Yerasx dəmir yolunun bərpa işlərinə başlana bilər: Paşinyan Putindən müsbət siqnallar alıb

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı Horadiz-Meğri-Ordubad-Sardarak-Yerasx dəmir yolunun bərpa işlərinə başlamaq üçün ciddi fürsət ola biləcəyini açıqlayıb.

Paşinyan vurğulayıb ki, noyabrın 23-də Yerevanda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı sonuncudan müsbət impulslar alıb.

“Əvvəlki acı təcrübəni nəzərə alaraq, indi mən məlumatı bölüşmək istəyirəm, lakin deyim ki, bütün bunlar hələ təsdiqlənməyib və qeydə alınmayıb. Amma yaxşı ki, maliyyə imkanlarımızla bağlı problemimiz olmayacaq”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button