BaşlıcaSiyasət

Ermənistan Praqada əldə olunan razılığa və formata uyğun olaraq görüşə hazırdır: ER XİN-in Əliyevin bəyanatına reaksiyası

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan görüşün baş tutmayacağı ilə bağlı bəyanatına reaksiya verib. Əliyev bildirib ki, görüş baş tutmayacaq, çünki erməni tərəfi görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razıdır.

ER XİN-in mətbuat katibi Vahan Hunanyan Azərbaycan prezidentinin bəyanatı, eləcə də sülh müqaviləsinə dair Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi təkliflərlə bağlı “Armenpress”in suallarını cavablandırıb.

Sual: Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, formatla bağlı Ermənistan tərəfinin mövqeyi səbəbindən dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq. Bunu necə şərh edərdiniz?

Cavab: Xatırlatmaq istərdik ki, görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə olunduğu Praqadakı əvvəlki görüş dördtərəfli formatda baş tutub və məntiqlidir ki, görüşün formatı və iştirakçıların tərkibi eyni olmalıdır. Ermənistan tərəfinin görüşün keçirilməsini və sülh prosesini pozmağa çalışması ilə bağlı Azərbaycan tərəfinin bütün bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Praqada əldə olunmuş razılığa və formata uyğun olaraq, Ermənistan Respublikası dekabrın 7-də keçiriləcək görüşə hazırdır.

Sual: Noyabrın 7-də Vaşinqtonda keçirilən görüşdə erməni tərəfi Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana çatdırıb. Bununla bağlı hər hansı irəliləyiş varmı?

Cavab: Hələlik Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflərimizə cavab verməyib.

Daha çox göstər
Back to top button