BaşlıcaEkonomika

Fransa İnkişaf agentliyi Yerevanda daimi nümayəndəliyini açacaq

Ermənistan Respublikası ilə Fransa İnkişaf agentliyi arasında imzalanmış kredit sazişinə əsasən, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün Ermənistan Respublikası hökumətinə 100 milyon avro məbləğində kredit veriləcək.

 Əməkdaşlığın artan həcmlərini nəzərə alaraq, Fransa İnkişaf Agentliyi İrəvanda daimi nümayəndəlik açmaq qərarına gəlib.

Alınan məlumata görə, bu haqda  Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu məbləğ 20 il müddətinə verilir və iki hissəylə alına bilər. “Biz ikisini birdəfədən almaq üçün müraciət edə bilərik. Bu ilin sonunda müraciət edib ən azı birini almağı planlaşdırırıq” – deyərək o bild qeyd edib.

“Biz həmçinin Asiya İnkişaf Bankı tərəfindən ayrılan daha 100 milyon dollarlıq dəstək vəsaitinin ayrılmasına dair sazişin ratifikasiyası haqqında qanun layihəsini də təsdiq etdik” – deyə nazir bildirib.

Daha çox göstər
Back to top button