BaşlıcaSiyasət

Ermənistanda Daxili İşlər nazirliyi yaradılacaq

Ermənistanda Daxili İşlər nazirliyi yaradılacaq. Ermənistan Respublikası hökuməti “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsini təsdiq edib.

ER Ədliyyə naziri vəzifəsini icra edən Qriqor Minasyan bildirib ki, yeni nazirliyin yaradılması polis sektoruna həm parlament, həm də vətəndaş nəzarətinə imkan verəcək.

“Daxili İşlər nazirliyinə üç əsas xidmət daxil olacaq: polis, xilasetmə xidməti, miqrasiya və vətəndaşlıq xidməti”.

Minasyanın sözlərinə görə, nazirlikdə 5 əsas funksional sahə cəmləşəcək: ictimai asayişin qorunması, cinayətlərin qarşısının alınması və açılması, fəlakət riskinin idarə edilməsi, miqrasiya və vətəndaşlıq, dövlət ehtiyatlarının idarə olunması və humanitar məsələlər.

ER Baş naziri Nikol Paşinyan da əmin etdi ki, bizdə yeni standart polis və xilasetmə xidməti olacaq, işin səmərəliliyi artacaq.

Daha çox göstər
Back to top button