BaşlıcaSiyasət

RF MN: “Azərbaycanın MN-i Rusiyanın sülhməramlı qoşunlarının  fəaliyyətini şübhə altına almasaydı, pis olmazdı”

Dağlıq Qarabağda Rusiya sülhməramlı qoşunları təlim-döyüş tapşırıqlarını yerinə yetirərkən Rusiya Silahlı qüvvələri Baş qərargahının topoqrafik xəritələri ilə müəyyən edilmiş yerlərdən istifadə edirlər.

Alınan məlumata görə, Rusiya Federasiyasının Müdafiə nazirliyi Bakının  tənqidlərinə nəzər salıb.

“Mağavuz qəsəbəsinin adı ilə bağlı Bakının tənqidi fikirləri təəccüb doğurur, çünki əvvəllər və dəfələrlə Rusiya Müdafiə nazirliyinin bülletenlərində Azərbaycan vətəndaşlarının kortejlərin ilə müşayiət olunması kontekstində digər qeyri-azərbaycanlı yer adlarından istifadə edilib.

Lakin bu, informasiya məkanında tələblərə səbəb olmayıb. Bundan başqa, konvoyların hərəkət marşrutunun razılaşdırılması və Rusiya sülhməramlıları ilə əməkdaşlığın təşkili zamanı Azərbaycan tərəfi də həmin yer adlarından istifadə edir” deyərək  mesajda qeyd olunub.

Qeyd olunur ki, atəşkəs rejiminin pozulması barədə Rusiya Federasiyası Müdafiə nazirliyinin bülletenlərində dərc olunan məlumatlar sülhməramlıların müşahidə məntəqələrində günün istənilən vaxtında müşahidə aparmağa imkan verən obyektiv nəzarət üsullarından istifadə etməklə qeydə alınır.

“Azərbaycan Müdafiə nazirliyi Rusiyanın sülhməramlı qoşunlarının belə kiçik hallarda Dağlıq Qarabağdakı fəaliyyətini şübhə altına almasa və onunla sıx əməkdaşlıq edərək, o cümlədən yerindəcə sülhün qorunması işini davam etdirsəydi, pis olmazdı”- deyərək bəyanatda qeyd olunub.

Bundan əvvəl Azərbaycanın Müdafiə nazirliyi bəyanatla çıxış edərək Moskvanı Dağlıq Qarabağın Azərbaycan yyer adlarından istifadə etməyə çağırıb.

Sülhməramlı qüvvələrin noyabrın 24-də yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan tərəfi nəzarəti altında olan ərazilərdə atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Hadisə Martakert rayonunun Mağavuz kəndi yaxınlığında qeydə alınıb.

Daha çox göstər
Back to top button