BaşlıcaSiyasət

Politoloq: “İranla hərbi qarşıdurmaya getmək çox təhlükəli oyundur. Azərbaycan bunu həzm etməyə bilər”

Uzun illərdir ki, həm İsrail, həm də ABŞ Azərbaycanı İrana qarşı platformaya çevirmək üçün çalışırlar. Bu barədə NEWS.am-a ABŞ-ın Lehiq Universitetinin politologiya professoru Arman Qriqoryan məlumatlandırıb.

“Heç kimə sirr deyil ki, İsraillə Azərbaycanın çox yaxın, isti münasibətləri var və İsrailin İrana, Azərbaycana münasibəti müəyyən mənada ABŞ-ın da İrana münasibətidir, bəlkə də eyni sərtliklə və birtərəfli deyil.

Bu təsadüf deyil, çünki çox vaxt ABŞ-ın İrana münasibəti İran-İsrail münasibətləri ilə şərtlənir.

Bütün dünyada ümumi sabitliyi pozan şeylər var və bizim regionda da bu təhlükə mövcuddur. Onların Ermənistanla sərhədi itirə bilməsi İran üçün çox böyük problemdir. Belə ki,dəhlizlə bağlı şayiələr İranda ciddi narahatlıq yaradıb.

Bundan əlavə, nə qədər ki, Azərbaycan Artsax məsələsi ilə məşğul idi, nə qədər ki, Artsax məsələsi var idi, nə qədər ki, Ermənistan Azərbaycan üçün ciddi düşmən idi, İran Azərbaycan üçün bu qədər narahat ola bilməzdi.

Onların isə fundamental problemi var: İrandakı azərbaycanlı əhalinin problemi. İndi Azərbaycanda o mövzu ilə bağlı söhbətlər çox geniş yayılıb və İsrail onları böyük aktivliklə həvəsləndirir” – deyə o bildirib.

Arman Qriqoryanın fikrincə, ABŞ dövlət katibi Sallivanın Azərbaycanı İrandan qoruyacaqları barədə bəyanatına təəccüblənmək olmaz.

“Onlar bir tərəfdən Azərbaycanı rəqibi olan, düşmən münasibətdə olduqları İrandan qorumağa hazır olduqlarını bildiriblər, digər tərəfdən bu, İrana təzyiq göstərmək üçün əlavə fürsətdir.

Mən təəccüblənirəm. İranla ABŞ arasında bəzi danışıqların getdiyi, hər ikisinin dəhlizdən narahat olur. Amma Rusiya və Türkiyəyə qarşı əməkdaşlıq edirlər.

Bu mənim  fikrimcə, ciddi deyil.

ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır. Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş ümidlər olmamalıdır.

 Mən təbii ki, anlayıram ki, bizim vəziyyətimiz çox ağırdır, əlimizdə olan müttəfiqlər minimum ehtiyaclarımızı belə ödəmir. Belə olan halda başqa yerdən dəstək və müttəfiq axtarmaq istəyi təbiidir, amma təbii istək başqadır, o soyuq hesablamanı edib acı reallıqları qəbul etmək başqadır  və bunu biz etməliyik”-deyə  Arman Qriqoryan qeyd edib.

O, Azərbaycanın 44 günlük müharibədə qələbə çalmasından sonra həmin ölkənin davranışına da toxunaraq qeyd edib:

“Qələbədən sonra bəzi dövlətlər özlərini pis aparırlar. Qələbə ilə biz də pis davrandıq, qələbədən sonra bir çox dövlətlər problemlə üzləşdi.

Qələbə çox vaxt insanın öz qüvvələrini həddən artıq qiymətləndirməsinə, ölkənin imkanlarından kənar yeni ambisiyalara yiyələnməyə gətirib çıxarır.

Hesab edirəm ki, indi Azərbaycanda belə əhval-ruhiyyə var.Təbii ki, təkcə onların qələbəsi deyil, həm də ətrafdakı diplomatik mühit də onların bu həyasızlığına səbəb olur.

Hər kəs Azərbaycana qarşı çox mehribandır, çoxları onlarla yaxın və isti münasibət qurmağa çalışır.

Güclü ölkələrdən təşviq olsa, Azərbaycan üçün o vəsvəsə qarşı durmaq çətindir, amma mən onların yerində o şirnikdirmənin qarşısında dayanardım. Çox təhlükəli oyundur.

 Bunun Azərbaycan üçün çox pis nəticələri ola bilər.

Xüsusilə, İranla Azərbaycan arasında dərin eskalasiya və hərbi qarşıdurma olarsa, təbii ki, ABŞ və İsrailin Azərbaycana ciddi dəstək verəcəyi istisna edilmir, lakin bu halda bununla məhdudlaşmayacaq.Burada digər böyük ölkələrin maraqları da olacaq. Azərbaycan belə bir şeyi həzm edə bilər, ya yox, mən təsəvvür edə bilmirəm” – deyə o vurğulayıb.

Daha çox göstər
Back to top button