BaşlıcaMədəniyyət

Almaniyanın şəhərlərində erməni şərabları  nümayiş olunub(Fotolar)

Noyabrın 24-26-da Almaniya Beynəlxalq Əməkdaşlıq Şirkəti (GIZ) və Ermənistanın Üzümçülük və Şərabçılıq Fondu, Erməni Apostol Kilsəsinin Alman Yeparxiyası və Wines of Armenia GmbH ilə birlikdə “Ermənistanda şərab mədəniyyəti. Nuhdan bu günə” Ştutqart (24 noyabr), Köln (25 noyabr) və Berlində (26 noyabr) tədbirlər silsiləsi keçirilib.

Tədbirlərin məqsədi Almaniyadakı erməni icmasını zəngin erməni şərabçılığı mədəniyyəti, mövcud intibah dövrü və şərabçılıq sahəsində həyata keçirilən proqramlar, xüsusən də erməni şərablarının birbaşa satışı üçün onlayn platforma və vahid AB-də fəaliyyət göstərən şərab anbarıyla tanış etmək   olub.

Tədbirlər zamanı təqdimat və qısa videoçarx, həmçinin musiqili tamaşalar vasitəsilə erməni şərabçılığı və şərabçılıq mədəniyyəti təqdim olunub. Sonra erməni şərablarının dequstasiyası və satışı olub.

Tədbirdə ER-in Almaniyadakı səfiri Viktor Yengibaryan, Ermənistan Milli Aqrar Universitetinin rektoru Vardan Urutyan, ER İqtisadiyyat nazirliyinin, erməni və alman mənəvi və biznes icmalarının nümayəndələri iştirak ediblər.

Bu məlumat tədbir təşkilatçılarının təklifi ilə yayılır.

Daha çox göstər
Back to top button