BaşlıcaSiyasət

Azərbaycanın MN-i Rusiya sülhməramlılarından Artsax yaşayış məntəqələrini erməni yer adları ilə adlandırmamağı tələb etməkdə davam edir

Artsaxda yerləşən Rusiyanın sülhməramlı missiyası əvvəlki bülletendə Azərbaycanın silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulduğunu təsdiqləyib.

“Azərbaycan tərəfi Dağlıq Qarabağ silahlı qüvvələrinin Şuşi rayonu ərazisindəki mövqelərini atəşə tutub, nəticədə iki nəfər yaralanıb” – deyə  məlumatda bildirilib.

Həmçinin bildirilib ki, sülhməramlı hərbi qrupun komandanlığı bu insidentlə bağlı Azərbaycan tərəfi ilə birgə araşdırma aparır.

Azərbaycanın Müdafiə nazirliyi Rusiya sülhməramlılarının bu bəyanatına hiddətlə reaksiya verib və bir daha Artsaxdakı erməni yaşayış məntəqələrinin erməni yer adlarından istifadə etməməyi tələb edib.

Onu da əlavə edək ki, Azərbaycan tərəfdən belə bəyanatlar hər gün olur.

 “Rusiya sülhməramlılarının bizim müraciətlərimizə hörmətsiz münasibəti acınacaqlıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan ərazisindəki yaşayış məntəqələrimizin saxta erməni adları və “Dağlıq Qarabağ ərazisi” ifadəsindən istifadə edilməsi QƏBULOLUNMAZDIR” – deyə bəyanatda qeyd olunmuşduur. Qeyd edək ki, qəbulolunmaz ifadəsi böyük hərflərlə yazılmışdır.

“Biz Rusiya Federasiyasının sülhməramlı qoşunlarını öz rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və ümid edirik ki, bu çağırış eşidiləcək.

Bundan əlavə, ölkəmizin adının xəritə üzərində  düzgün göstərilməsini tələb edirik, hansıyla ki,onlar bölüşmüşlər”-deyə azərbaycanlıların bəyanatında qeyd olunub.

Azərbaycanın Müdafiə nazirliyi də atəşkəs rejiminin özünün pozması faktını təkzib edərək, bunu “əsassız və yalan” adlandırıb.

Onu da xatırladaq ki, ötən gün Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzov parlamentin regional məsələlər komitəsinin Rusiyanın Artsaxdakı sülhməramlı missiyasının erməni yaşayış məntəqələrinin ermənilərinin yer adlarından istifadə etməsi ilə bağlı Rusiya Dövlət Dumasına müraciət edəcəyini bildirmişdi.

Qeyd edək ki, mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button