BaşlıcaEkonomika

İran bir ay ərzində Aİİ ilə azad ticarətə qoşulacaq

Aİİ ilə azad ticarət zonasının təşkili ilə bağlı hüquqi sənədləşmə işlərinin bir ay ərzində tənzimlənməsi planlaşdırılır. ParsToday-in məlumatına görə, bu barədə İranın Sənaye, mədən və ticarət nazirinin müavini, İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak bildirib.

Paymanpak və Rusiya Sənayeçilər və İş adamları İttifaqının rəhbəri Aleksandr Şoxin noyabrın 30-da Sankt-Peterburqda keçirilən “Rusiya sənayeçisi” konfransı çərçivəsində Rusiya-İran işgüzar əməkdaşlıq şurasının yaradılması haqqında memorandum imzalayıblar.

“İranın Aİİ-də iştirakı ilə bağlı yekun razılaşmaların və sənədləşmə işlərinin bir ay ərzində tamamlanacağını nəzərə alsaq, bu, birgə əməkdaşlığa təsir edəcək müsbət amil ola bilər” – deyə Peimanpak bildirib.

Onun sözlərinə görə, İran tərəfi Avrasiya İqtisadi İttifaqı çərçivəsində azad iqtisadi zonanın yaradılmasında maraqlıdır və həmçinin öz Cənub limanlarını həmin azad zona üçün bütün imtiyazlarla təmin etməyə hazırdır.

Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya və İran yaxın vaxtlarda Aİİ ilə azad ticarət zonası haqqında saziş imzalamaq barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button