İctimaiyyət

Ermənistan əhalisinin 26,5 faizi yoxsuldur

2021-ci ildə Ermənistan Respublikasında yoxsulluq səviyyəsi 26,5% təşkil edib.

Bu barədə Statistika Komitəsinin noyabrın 30-da açıqlanan yoxsulluq üzrə hesabatında deyilir.

2020-ci illə müqayisədə yoxsulluğun səviyyəsi 0,5 faiz bəndi azalsa da, ifrat yoxsulluğun səviyyəsi 2,1 dəfə artıb (2020-ci ildəki 0,7%-dən 1,5%-ə çatıb).

Məlumata görə, ümumi aylıq istehlakı 48,145 dramdan az olan vətəndaş yoxsul hesab olunur. Aylıq istehlakı 26,500 AMD-dən aşağı olanlar isə son dərəcə yoxsul sayılırlar.

Daha çox göstər
Back to top button