BaşlıcaSiyasət

Ermənistan və Türkiyə arasında əldə edilən razılaşmaları həyata keçirməklə bağlı müzakirələr davam edəcək: XİN

ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının iki ölkə nümayəndə heyətlərinin noyabrın əvvəllərində sərhəddə baş tutun götüşü barədə son açıqlamasına münasibət bildirib.

Vahan Hunanyan qeyd edib ki, Ermənistan-Türkiyə texniki nümayəndə heyətləri noyabrın əvvəlində görüşüblər və Yerevanın xüsusi nümayəndəsi Ruben Rubinyan görüşün baş tutduğunu bildirmişdi. 

“Görüşdə Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 1 iyulda əldə etdiyi razılaşmaların icrası ilə bağlı texniki məsələlər müzakirə olunub. Müzakirələr davam etdiriləcək”, – Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, iki ölkə nümayəndələri sərhədin hər iki tərəfində olub, hətta Ermənistan ərazisində nahar ediblər.

“Sərhədlərin açılması, körpülərin təmiri, sərhəd nəzarəti, keçid məntəqələri ilə bağlı məsələlər müzakirə olunub. Bu mənada deyə bilərik ki, bu prosesdə müsbət dönüş var”,- Kalın deyib. 

Daha çox göstər
Back to top button