BaşlıcaSiyasət

Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri ilə görüşüb

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşüb.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı son hadisələri, Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycanın güc tətbiq etməsi, davamlı təxribatları və müharibə ruhlu bəyanatları regionda sabit sülhün bərqərar olmasına əsas maneədir.

Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizlik təminatlarının təmin edilməsi, həmçinin Stepanakertlə Bakı arasında müzakirələr üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Onlar Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası prosesi, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması ilə bağlı fikir mübadiləsi aparıblar.

XİN başçısı vurğualdı ki, Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı törətdiyi təcavüzün nəticələrinin aradan qaldırılması və Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması zəruri şərtdir.

Daha çox göstər
Back to top button