ArtsaxBaşlıcaSiyasət

Artsax Respublikasının yerinaltı dövlətin müstəsna mülkiyyətidir: Arstaxın ətraf mühitin mühafizəsi komitəsi

Artsax Respublikasının Ətraf Mühitin Mühafizəsi Komitəsi yerinaltı və ekoloji məsələlərlə bağlı Azərbaycanın iddialarına toxunub.

“Artsaxda yerin təkindən istifadə prinsipləri, proseduru, habelə yerin təkindən istifadə ilə bağlı münasibətlər Artsax Respublikasının Yerin təki haqqında Məcəllə ilə müəyyən edilir. Arstax Respublikasının Ətraf Mühitin Mühafizəsi Komitəsi dövlət səlahiyyətli orqanı kimi yerin təkindən istifadə edən şirkətlərin fəaliyyətinə lazımi nəzarəti həyata keçirir.

Qeyd edək ki, Artsax Respublikasının yer təki dövlətin müstəsna mülkiyyətidir və ondan ekoloji və sosial məsuliyyətin beynəlxalq standartlarına uyğun olaraq istifadə olunur. Bu standartlar çərçivəsində Arstax Respublikası beynəlxalq səviyyədə tanınmaması və münaqişələrin yaratdığı müxtəlif çətinliklərə baxmayaraq, öz əhalisinin sağlamlığının və təbiətin qorunmasının qayğısına qalır.

Beynəlxalq səviyyəli ekspertlərin iştirakı ilə apardığımız dövri tədqiqatlar yer təkindən istifadə ilə bağlı hər hansı əhəmiyyətli ekoloji risklər qeydə almadılar.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı müvafiq bəyanata gəlincə, biz əminik ki, Artsax qanunvericiliyi çərçivəsində aparılan hər hansı araşdırmanın nəticələri ekoloji standartlara əməl olunmasını bir daha təsdiq edəcək. Bundan əlavə, Artsax Respublikası ekoloji riskləri daha da qiymətləndirmək və sistemi təkmilləşdirmək üçün beynəlxalq ekspert qrupunu dəvət etməyə belə hazırdır”,- deyə bəyanatda qeyd olunub.

Daha çox göstər
Back to top button