BaşlıcaSiyasət

Artsax Respubliaksının Təhlükəsizlik Şurası Laçin dəhlizi ilə bağlı Azərbaycan tərəfinin dezinformasiyasını təkzib etdi

Artsax Respublikasının Təhlükəsizlik Şurası bildirdi ki, Rusiya Federasiyasının Artsax Respublikasında yerləşən sülhməramlı qoşunlarının komandanlığının Laçın dəhlizində Azərbaycan keçid məntəqəsinin yaradılmasına razılıq verməsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumat reallığa uyğun gəlmir.

“Sülhməramlı qoşunların qadağan olunmuş məsuliyyət obyektlərinə girişinin qarşısını almaq məqsədilə Rusiya sülhməramlıları Laçin dəhlizinin 1 saylı dayaq məntəqəsində daxil olan avtomobillərin yoxlanılması məqsədilə rentgen skanerinin quraşdırılması imkanlarını nəzərdən keçiriblər.

Yüklərə nəzarəti Sülhməramlı Qüvvələrin mütəxəssisləri tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Bir daha vurğulayırıq ki, Laçin dəhlizində Azərbaycan keçid məntəqəsinin yaradılması ilə bağlı yayılan xəbərlər yalandır və Ermənistan, Azərbaycan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın müddəalarına uyğun gəlmir”,- deyə qeyd olunub.

Daha çox göstər
Back to top button