ArtsaxBaşlıcaSiyasət

Araik Harutyunyan Fransada İle de Frans regionunun prezidenti ilə görüşüb

İle de Frans bölgəsinin prezidenti Valeri Pekres bildirdi ki, Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

“Mən Artsax Respublikasının Prezidenti ilə görüşdüm, Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə həmrəyliyimi və dəstəyimi bir daha təsdiqlədim. Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən asılıdır”, – Pekres yazıb.

Arayik Harutyunyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində digər rəsmi şəxslərlə yanaşı, Arstax Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Davit Babayan da Fransaya gedib.

Onalrı Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan müşayiət edib.

Daha çox göstər
Back to top button