BaşlıcaİctimaiyyətSiyasət

Artsaxda 44 günlük müharibədə həlak olanların qardaşlarına məcburi hərbi xidmətdən azad olmaq imkanı verilməsi planlaşdırılır

Artsax Respublikasının parlamentində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi dövriyyəyə buraxılıb, ona əsasən, 44 günlük müharibədə həlak olan hərbçilərin qardaşlarına hərbi xidmətdən azad olunmaq imkanı verilməsi nəzərdə tutulur.

Qanun layihəsinin əsaslandırmasında deyilir ki, mövcud qanuna görə, xidmət zamanı vəfat etmiş valideyn, qardaş və ya bacının olması ilə yanaşı, ailədə tək oğlan uşağı olması hərbi xidmətdən azad olunmaq üçün məcburi şərtdir.

Bununla belə, 44 günlük müharibədə və ondan sonra Artsax ərazisində hərbi əməliyyatlar nəticəsində həlak olan hərbçilərin kiçik qardaşları var ki, onlar ailədə yeganə oğlan uşağı olmadığı üçün məcburi hərbi xidmətə cəlb olunurlar.

Artsax Respublikası parlamentindən verilən məlumata görə, “Hərbi xidmət və hərbi qulluqçular haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi Artsax parlamentinin dekabrın 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Daha çox göstər
Back to top button