BaşlıcaSiyasət

Ermənistan-Azərbaycan sərhədinin Qarabağ məsələsinə aidiyyatı yoxdur: hakim “Mülki müqavilə” fraksiyasının deputatları

Hakim “Mülki müqavilə” fraksiyasının deputatları çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədinin Qarabağ məsələsinə heç bir aidiyyəti olmadığını bildiriblər. Bu barədə “newsarmenia.am” saytı məlumat yayıb.

“Ermənistan-Azərbaycan sərhədinin Qarabağ məsələsi ilə heç bir əlaqəsi yoxdur. Bu, ərazi mübahisəsi deyil, ona görə də sərhədin yaradılmasının Qarabağ məsələsinə heç bir aidiyyəti yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin bu, heç bir əhəmiyyət kəsb etmir. Bu o demək deyil ki, Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüquqları məsələsi bağlanıb”, – deyə deputat Mariya Karapetyan bildirib.

Deputat Hripsime Grigoryan da öz növbəsində qeyd edib ki, ərazilər məsələsini millətlərin öz müqəddəratını təyinetmə hüququndan birdəfəlik ayırmaq lazımdır. Azərbaycanın irəli sürdüyü gündəm məhz bu məsələni ərazi mübahisəsinə çevirməkdən ibarətdir.

“Ermənistan-Azərbaycan sərhədi Alma-Ata Bəyannaməsinə istinadən SSRİ-də mövcud olan inzibati sərhədlərdir”, – deyə hakim “Mülki Müqavilə” fraksiyasının deputatı, Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan bildirib.

Onun sözlərinə görə, “Artsax məsələsinin mahiyyəti xalqların öz müqəddəratını təyinetmə hüquqları problemi idi və olacaq və biz ərazi mübahisəsinə girməyəcəyik”.

Daha çox göstər
Back to top button