BaşlıcaSiyasət

Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayev dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı məsələləri müzakirə ediblər

2022-ci ilin dekabrın 6-da Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun, Ermənsitanın Baş nazirinin müavini Mher Qrigoryanın və Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayevin həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.

Tərəflər Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolunu qeyd ediblər.

İclas zamanı Ermənistan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub.
Tərəflər Ermənistan, Azərbaycan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.
Ermənistan və Azərbaycan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər

Daha çox göstər
Back to top button