BaşlıcaMədəniyyət

Ölkənin bölgələrinin erməni kimi qeyd edildiyi Netflix serialı türkləri qəzəbləndirib

RİA Novosti-nin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin şərq rayonlarının Ermənistan ərazisi kimi qeyd edildiyi Netflix platformasında yayımlanan “ Pepsi, Where’s My Jet” serialının birinci bölümü türk tamaşaçılarını qəzəbləndirib.

“Təqdim olunan xəritədə Türkiyənin şərqindəki bölgələr Ermənistan ərazisi kimi qeyd olunduğu üçün serialın ilk seriyasının səhnələrindən biri türk tamaşaçılarının kəskin reaksiyasına səbəb olub. Serialın türkiyəli pərəstişkarları sosial şəbəkələrdə kəskin reaksiya veriblər”, -deyə qəzet yazır.

Bildirilir ki, “bu, Netflix-lə bağlı ilk təxribat deyil”.

Daha çox göstər
Back to top button