BaşlıcaSiyasət

Əmin deyiləm ki, ilin sonuna qədər sülh sazişinin yekun variantının olması mümkün olacaq: ER Xİ naziri

ER xarici işlər naziri Ararat Mirzoyan sülh sazişinin yekun variantının ilin sonuna qədər imzalanmayacağına dair fikrini bildirib. Lakin, Azərbaycanla növbəti görüşü istisna etməyib.

“Hazırda görüş nəzərdə tutulmur. Ancaq güman edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq. Hər halda, o görüşə hazırıq. Biz bu danışıqlarda fəalıq, konstruktivik. Mən əmin deyiləm ki, ilin sonuna qədər müqavilənin az-çox yekun variantının olması mümkün olacaq, baxmayaraq ki, biz bunu əvvəlcədən elan etmişik. Biz sülhə və bu hərtərəfli nizamlanmaya mümkün qədər tez nail olmaq üçün çalışırıq. İlin sonuna qədər baş verməsə belə, ondan sonra danışıqlar davam edəcək”- deyə ER XİN rəhbəri vurğulayıb.

Azərbaycan dekabrın 7-də Fransa prezidentinin orada olmasına qarşı olduqlarını əsas gətirərək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən imtina edib. Mirzoyan xatırladıb ki, oktyabrda Praqada Paşinyan-Əliyev-Mişel-Makron arasında dördtərəfli görüş keçirilib və növbəti görüş üçün razılıq əldə olunub. “Güman edirəm ki, əgər növbəti görüşdə 4 nəfər razılığa gəlsə, növbəti görüşün eyni 4 nəfərin görüşü ilə bağlı olduğu açıq-aydın olmalıdır. Bundan sonra Azərbaycan bu formatda keçiriləcək yeni görüşdə iştirakdan imtina edir. Hesab edirəm ki, bu, dağıdıcı addımdır. Hazırda liderlərin görüşünün təşkili yoxdur”.

Daha çox göstər
Back to top button