BaşlıcaSiyasət

İran Ermənistana tank əleyhinə raket sistemləri verməyib: ER Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan mətbuatında İranın Ermənistana tank əleyhinə raket kompleksləri və 600 raket verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib: “Bu məlumat reallığa uyğun deyil”.

Dünən Azərbaycan mətbuatı öz etibarlı mənbələrinə istinadən  məlumat yayıb ki, “oktyabrın sonunda İrandan gizli şəkildə 600 İran istehsalı olan raketlər Ermənistana göndərib”.

Daha çox göstər
Back to top button