BaşlıcaSiyasət

Yeni tələblərin irəli sürülməsi vəziyyəti gərginləşdirmək məqsədi daşıya bilər: Xİ naziri

ER xarici işlər naziri Ararat Mirzoyan Parlamentdə azərbaycanlılar tərəfindən Laçın dəhlizinin bir neçə saatlıq bağlanmasına toxunub. Onun sözlərinə görə, bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.

“Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə aparılan danışıqlar nəticəsində məsələ tez bir zamanda həll olunub və ümumiyyətlə, hesab edirəm ki, tərəflər bir-birinə yalnız əldə olunan, qeydə alınan, hamı tərəfindən qəbul edilən və ictimailəşən razılaşmalar çərçivəsində şikayət, təklif və ya tələb irəli sürə bilər. Təbii ki, biz qeyd etməliyik ki, vəziyyət kövrəkdir, məsələlər həll olunmayıb və yeni tələblərin irəli sürülməsi vəziyyəti gərginləşdirməyə yönəldilə bilər. Bunun qəsdən olub-olmaması təfsir məsələsidir”, – deyə Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button