BaşlıcaSiyasət

“Erməni kəsişməsi” əsas oyunçuların maraqlarına cavab verir

Ermənistan “Şimal-Cənub” layihəsini yenidən formalaşdırır və “Erməni kəsişməsi” konsepsiyası çərçivəsində təqdim edir. Yerevan əmindir ki, bu ssenarinin həyata keçirilməsi regionun bütün ölkələrinin, eləcə də Rusiya, Çin və İran kimi böyük oyunçuların iqtisadi maraqlarına uyğundur. Bu barədə ER Baş Naziri Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Gor Tsarukyan müasir Çin və Avrasiyanın öyrənilməsi üzrə 4-cü Avrasiya konfransının açılışında bildirib.

Bundan əvvəl ER baş naziri Nikol Paşinyan ölkə hökumətinin “Şimal-Cənub” layihəsini yenidən formalaşdırdığını və onu “Şimal-Cənub-Şərq-Qərb” layihəsinə çevirdiyini açıqlamışdı. Nəticədə “erməni kəsişməsi” Ermənistanı İran və Azərbaycanla, eləcə də Naxicevan və Türkiyə ilə birləşdirəcək.

“Ermənistan Avrasiya regionunda davam edən beynəlxalq prosesləri və Cənubi Qafqazda hadisələrin mümkün inkişafını nəzərə alır”, – deyəTsarukyan bildirib.

Onun sözlərinə görə, “Erməni kəsişməsi” konsepsiyası nəqliyyat blokadasının aradan qaldırılmasından sonra respublikanın Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində birləşdirici halqaya çevriləcəyini nəzərdə tutur. O qeyd edib ki, “Erməni kəsişməsi” həm İranın Aİİ-yə inteqrasiyası baxımından, həm də Çinin “Bir kəmər, bir yol” layihəsində mühüm rol oynaya bilər.

Tsarukyan vurğulayıb ki, Ermənistanın qonşu ölkələrlə nəqliyyat və enerji infrastrukturlarını inkişaf etdirməsi, nəqliyyat blokadasından çıxması çox vacibdir. Yerevanda hesab edirlər ki, blokların açılması və iqtisadi əlaqələrin inkişafı regional sabitliyin təməl daşı ola bilər.

Rəsmilər qeyd ediblər ki, hazırda Ermənistan-Çin münasibətlərində iqtisadiyyatdan tutmuş turizmə qədər müxtəlif sahələrdə bir sıra istifadə olunmamış imkanlar mövcuddur. Tsarukyanın fikrincə, Çin Ermənistanın tranzit potensialında maraqlı ola bilər.

Daha çox göstər
Back to top button