BaşlıcaSiyasət

“Ermənistan mətn üzərində işləyir və tezliklə onu Azərbaycana təqdim edəcək”: Armen Qriqoryan sülh müqaviləsi haqqında

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində iş davam edir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində sülh müqaviləsi layihəsilə bağlı Azərbaycan tərəfinin son təklifi barədə sualı cavablandırarkən bildirib.

“Biz mətn üzərində işi davam etdiririk və redaktə etdiyimiz variant tezliklə Azərbaycana veriləcək”, – deyə o əlavə edib: “Hökumətin timsalında Ermənistan bizim sülh sazişini bağlaya bilməmiz üçün hər cür səy göstərib. İndi, ilin sonunda bunun nəticə verəcəyini söyləmək çətindir, lakin biz işi davam etdirəcəyik, hər şey işin nəticəsindən asılıdır”.

Daha çox göstər
Back to top button