ArtsaxBaşlıcaSiyasət

Xalqların öz müqəddəratını təyin etmək hüququ və müstəqillik Artsax xalqının təhlükəsizliyinin yeganə təminatıdır։ Arayik Harutyunyan

Fransada işgüzar səfərdə olan Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan “France 24” televiziyasına müsahibədə deyib ki, Artsax hakimiyyətinin əsas vəzifəsi 40 min evlərindən zorla didərgin düşmüş şəxslərin yaşaması və işləməsi üçün şərait yaratmaqdır.

“Əlbəttə ki, 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, sülhə Artsaxda yerləşən Rusiya sülhməramlı missiyası zəmanət verir. Sülhmərmalıların mandatı 2025-ci ilə qədərdir. Xalqların öz müqəddəratını təyinetmə və müstəqillik hüququnun Qarabağ xalqının təhlükəsizliyinin yeganə təminatı olduğunu nəzərə alaraq onu beynəlxalq təminatlarla əlavə etməyə ehtiyac var”.

Arayik Harutyunyan Fransa Parlamentinə verdiyi dəstəyə görə bir daha təşəkkür etdi. O, qeyd etdi ki, 2020-ci il müharibəsindən sonra Fransanın qanunverici orqanı Artsaxın müstəqilliyinin tanınmasını tələb edən dörd qətnamə qəbul etdi.

Jurnalistin danışıqlarla bağlı suala cavab olaraq Arayik Harutyunyan qeyd etdi ki, Azərbaycan hakimiyyəti ilə sosial və humanitar məsələlərlə bağlı əlaqələr var, lakin status və gələcəklə bağlı heç vaxt əlaqə yoxdur.

Artsaxın Azərbaycanın tərkibində muxtariyyətə razı olub-olmayacağına dair suala cavabında Arayik Harutyunyan qeyd etdi ki, SSRİ-nin dağılması zamanı Artsax xalqı öz seçimini etdi və bu, müstəqillikdir. Bu hüquq Artsaxın Konstitusiyasında təsbit olunub.

“Artsaxın Azərbaycanın tərkibində gələcəyi yoxdur, biz normal qonşuluğa hazırıq, lakin müstəqillik statusu danışıqlar predmeti deyil”,- deyə Harutyunyan qeyd etdi.

Prezident vurğuladı ki, Ermənistanla birləşmək hər bir erməni və Artsax vətəndaşının arzusudur, lakin beynəlxalq hüquq baxımından bu mümkün deyil.

Daha çox göstər
Back to top button