BaşlıcaSiyasətTəhlil

Azərbaycan aylar əvvəl Artsaxın blokadasına necə hazırlaşırdı? – Təhlil

Azərbaycan 2022-ci il dekabrın 12-dən bu günədək Artsaxı Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizini blokadada saxlayır. Rəsmi Bakı yaranmış vəziyyətə müxtəlif bəyanatlarla haqq qazandırmağa çalışsa da, yolun bağlamasından əvvəl baş verən proseslərin, səsləndirilən bəyanatların və təhdidlərin, təbliğ olunan yeni süni tezislərin araşdırılması humanitar fəlakət yaradaraq, Artsaxı ermənilərdən boşaltmaq məqsədilə Bakı tərəfindən həsablanmış siyasəti aydın şəkildə göstərir.

Bu barədə Orbeli Analitik Mərkəzinin dərc etdiyi məqalədə deyilir.

2022-ci il boyunca Azərbaycanın dövlət təbliğatı “müharibədən sonra Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların basdırılması” tezisini aktiv şəkildə təbliğ etdi və tirajladı. Azərbaycanın təbliğat maşını bütün avqust-noyabr aylarında bu tezisin hazırlanması üzərində fəal işləyib və artıq noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “minaların Laçın dəhlizi ilə Azərbaycan ərazilərinə gətirildiyini” bəyan edib.

Qeyd olunan tezisin Azərbaycan tərəfindən tirajlanmasının əsas məqsədlərindən biri Laçın dəhlizini hədəfə almaq və bununla da “Zangezur dəhlizi” adlandırılan layihə üçün təzyiq mexanizmi yaratmaq idi. Azərbaycanın iqtidaryönlü mətbuatı və teleqram kanalları, ekspert çərçivələri və deputatları “Laçın dəhlizinin bağlanması və ya nəzarət altına alınmasının zəruriliyinin” təbliğatını yaymaqla və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaqla məşğul olurdular.

Rusiya sülhməramlılarına qarşı təbliğatın nəzərəçarpacaq dərəcədə artması hələ oktyabrın 30-da Stepanakertdə keçirilən kütləvi mitinq zamanı və Ruben Vardanyanın Artsaxın dövlət naziri təyin edilməsi zamanı qeydə alınıb. Bütün bu, açıq-aşkar anti-erməni və humanitar böhran yaratmağa çağırışlarla müşayiət olundu.

Eyni zamanda, Rusiya sülhməramlılarına ünvanlanan bəyanatlara Azərbaycanın Müdafiə Nazirliyi də qoşuldu və Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytında Artsaxın erməni toponimlərinin istifadə edilməsi ilə bağlı noyabrın 25-dən dekabrın 3-dək 10 bəyanat yaydı.

Bu müddət ərzində Azərbaycan təbliğat maşını “Laçın dəhlizinin qeyri-qanuni istismarı” ilə bağlı uydurma ifşalar dərc edirdi.

Noyabrın 30-da Qafqazinfo.az saytı Artsaxa daxil olan 14 İran vətəndaşı ilə bağlı material dərc edib. Eyni gün Caliber.az saytı “Base Metals” şirkətinin Stepanakertdən Ermənistana daşıdığı resurslardan yazıb və vurğulayıb ki, “resursların talanması Laçın dəhlizi ilə və bilavasitə sülhməramlı komandanlığın icazəsi ilə həyata keçirilir”.

Artıq dekabrın 2-də Azərbaycan Milli Məclisinin iclasında deputatlar açıq şəkildə bəyan etdilər ki, “Azərbaycan Laçın dəhlizində öz postunu yaratmalıdır”.

Noyabrın sonu və dekabrın əvvəlində Laçın dəhlizinin bağlanması və ya Azərbaycanın nəzarətinə götürülməsi ilə bağlı tələblərinə Bakının “Laçın dəhlizi əməliyyatı” keçirməsinin mümkünlüyü ilə bağlı təhlillər dərc olundu. Təhlillərdə “Laçın dəhlizi istiqamətində hərbi əməliyyatın keçirilməsi ehtimalı çox riskli” qiymətlədirilirdi və daha diqqətli addımlar atmağa çağırılırdı.

Laçın yolunu bağlamağa ilk cəhd dekabrın 3-də olub. Mülki geyimli bir qrup azərbaycanlı ətraf mühitin mühafizəsi ilə bağlı saxta bəhanələrlə Stepanakert-Qoris avtomobil yolunu bir neçə saat bağlamağa cəhd ediblər. Yol yalnız Rusiya sülhməramlıları ilə danışıqlardan sonra açılıb. Lakin dekabrın 11-də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verib və bildirib ki, Azərbaycan nümayəndələrinin yataqlara maneəsiz girişi təmin edilmədi.

Bir gün sonra Azərbaycan Artsax üçün həyat yolu olan Laçın dəhlizinin bağlanması və 120.000 Artsax əhalisini aylarla mühasirədə saxlanması əməliyyatına başladı.

Dekabrın 12-də özlərini “eko-fəallər” təqdim edən bir qrup azərbaycanlılar Arstax Respublikasındakı Kaşen və Drmbon yataqlarının fəaliyyətinin dayandırılması bəhanəsi ilə Arstaxı Ermənistanla birləşdirən yeganə yolu bağlayıblar.

Sözdə “eko-fəallər” yataqlarının fəaliyətinin dayandırılması, monitorinq üçün şərait yaradılmasını tələb ediblər. Yolunu bağladıqdan sonra Azərebaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib guya ki, “yolu azərbaycanlılar tərəfindən deyil, rus sülhməramlıları tərəfindən bağlanıb”. Bu bəyanatdan sonra azərbaycanlı sözdə “etriazçılar” sürətlər Azərbaycan prezidentinin tezisini irəli sürüblər.

“Etirazçıların” və Azərbaycan rəsmilərinin sinxronlaşdırılan bəyanatları göstərir ki, özlərini “ekoloji fəallar” adlanan şəxslər Azərbaycan dövlətinin rəhbərliyi ilə sıx əməkdaşlıq edir. Təşkil olunmuş “aksiyalar” isə məhz Azərbaycan siyasi liderlərinin özləri yönləndirir və səsləndirilmiş bütün tələb və çağırışlar Azərbaycan rəhbərliyi ilə razılaşdırılır. Bütün bunlar da bir daha sübut etdi ki, Laçin yolunda baş verənlərin ekoloji ilə heç bir əlaqəsi yoxdur, bunların siyasi səbəbləri var.

Azərbaycanlı “etirazçılar”ın Rusiya sülhməramlılarına qarşı hərəkətlərində də siyasi çalarlar açıq-aydın idi. Laçın dəhlizinin bağlandığı ilk gün media sektorunun nümayəndələri, “etirazçılar” sülhməramlılara qarşı müxtəlif təxribatlar törətməyə, hər vasitə ilə idarəolunmaz vəziyyət yaratmağa çalışırdılar, lakin uğursuz addımlardan sonra da Rusiya sülhməramlıların fəaliyyətinin öz narazılığını bildirməyə başladılar.

“Eko-fəalların” və paralel olaraq Azərbaycan deputatlarının da sülhməramlılara qarşı səsləndirdiyi ittihamlar, bəyanatlar bir daha sübut edir ki, bu aksiya həm də sülhməramlı qoşunların fəaliyyətini nüfuzdan salmaq məqsədi daşıyırdı.

Sözdə “ekoloji” məqsədləri daşıyan “aksiyalarda” “Azərbaycan həmişə var olsun, istəməyən kor olsun”, “şəhidlər ölməz, vətən bölünməz” kimi millətçi çağırışlar və ya hərbi təhdidlər ehtiva edən şüarlar da səsləndirilib. Onu da qeyd edək ki, sözdə “ekoloji məqsədlər daşıyan“ aksiyanınm “eko-fəallar”ı ekstremist “Boz Qurdlar”ın simvollarla fotoşəkillər də çəkiblər.

Azərbaycan tərəfinin Laçin dəhlizinin bağlanmasından əvvəl verdiyi bəyanatlar, sonra isə aksiya zamanı səsləndirilən tezis və bəyanatların, etirazçılar tərəfindən dəyişdirilən və əlavə olunan tələblərin təhlili, habelə Artsax hökuməti tərəfindən dekabrın 28-də monitorinq üçün Kaşen və Drombon mədənlərinin fəaliyyətinin müvəqqəti dayandırılmasına dair konstruktiv təklifinə cavab olaraq aksiyaların dayandırmaması əsas götürərək iddia edə bilərik ki, yuxarıda qeyd olunan aksiyanın “ekoloji və dinc aksiya” ilə heç bir əlaqəsi yoxdur və bunun aydın hesablanmış məqsədləri var, onların son məqsədi Artsaxın əhalisinin öz vətəni boşaldılmasına şərait yaratmaqdır.

Bundan başqa, Bakı Ermənistanın suveren ərazilərinə qarşı iddialarından da əl çəkmir və aksiya ilə paralel olaraq “Zəngəzur dəhlizi” adlanan mövzunu inkişaf etdirməklə “dəhlizlər” arasında bərabərlik işarəsi qoymağa çalışır və Ermənistan ərazisi ilə Naxçıvanla Azərbaycan arasında quru əlaqə yaratmaq üçün əlavə təzyiqlər göstərir.

Daha çox göstər
Back to top button