ArtsaxBaşlıcaSiyasət

Ruben Vardanyan BBC-nin “Hard Talk” verilişində nələr deyib?

Artsax Respublikasının Dövlət naziri Ruben Vardanyan BBC-nin “Hard Talk” verilişində Stephen Sackur-un suallarını cavablandırıb.

Artsaxdakı vəziyyət, Rusiyanın dəstəyi, Qərb ölkələrinin dəstək vermək istəyi, Ermənistan-Artsax münasibətləri – söhbət əsasən bu mövzular ətrafında gedib.

Qeyd edək ki, Artsax Respublikasının Dövlət naziri Ruben Vardanyanın müsahibəsi öncə Qərb və ya Ermənistan mətbuatında deyil, məhz Azərbaycan mətbuatında yayılıb, çünki BBC News Azərbaycanca müsahibənin tam tərcüməsini təqdim edib.

Azərbaycanşünas Tatevik Hayrapetyan bunu qəribə hesab etmir. O deyir ki, Azərbaycan Artsaxdakı prosesləri, xüsusilə Ruben Vardanyanın beynəlxalq ictimaiyyətə söylədiyi sözləri diqqətlə izləyir:

“Proqramın formatı olduqca mürəkkəbdir, kəskin, xoşagəlməz suallar verilir və dinamik cavablar gözlənilir. Hesab edirəm ki, Ruben Vardanyan bu proqram çərçivəsində beynəlxalq ictimaiyyətə bir neçə mühüm mesaj göndərə bildi”,- Hayrapetyan qeyd etdi.

“Artsax Fransa, ABŞ və Rusiyadan Dağlıq Qarabağ münaqişəsi məsələsinin həll olunmamasına dair aydın siqnallar alıb”, Ruben Vardanyan müsahibə zamanı bildirib. Lakin aparıcıya daha çox Ruben Vardanyanın Moskva ilə əlaqələri, Rusiya vətəndaşlığından imtinası və Artsaxa köçməsinin səbəbləri ilə bağlı suallar maraqlandırıb. Ruben Vardanyanın bu suallara cavabı aydın oldu: “önəmli olan Artsaxda yaranmış vəziyyətdir”.

“Bilirsiniz, mən fikirləşirən ki, bizim müzakirəmiz insan haqları, mövcud vəziyyət və bu fəlakətlə bağlı olacaq. Mən 120 000 insanın bu dəhşətli durumda qaldığının siyasi tərəfindən danışmağa üstünlük verərdim”, – Artsaxın Dövlət naziri müsahibəsində bildirib.

“Hələ sovet dövründə, 1988-ci ildə Artsax xalqı heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını deyirdi. Onlar öz azadlıqları uğrunda mübarizə aparırlar və bütün lazımi hüquqi addımları atıblar. Bu gün biz dünyaya çox sadə bir sual veririk və deyirik: Öz xalqına qarşı bütün insan haqlarını pozan bir dövlətdə öz müqəddəratını təyin etmək hüququmuz varmı? Azərbaycanın mövcudluğunun 104 ilinin 44 ili bu ölkəni bir ailə idarə edir, azərbaycanlıların bu ölkədə heç bir haqqı yoxdur, biz belə bir ölkədə necə yaşaya bilərik”.

Vardanyan xatırladıb ki, ailələrindən ayrılan uşaqlar altı həftədən sonra yalnız Rusiya sülhməramlılarının dəstəyi ilə Artsaxa qayıda bildilər, azərbaycanlılar isə onları dayandırıb, yoxlayıblar və onlar psixoloji təzyiqlərə məruz qalıblar. Vardanyan bildirib ki, əgər Azərbaycan tərəfi danışıqların hər iki tərəf üçün olduğunu başa düşsə, biz danışıqlara hazırıq.

“Biz başa düşürük və qəbul edirik ki, biz yan-yana yaşayacağıq, amma biz ayrı ərazi, ayrıca dövlət olacağıq, ayrı qaydalar, qanunlar olacaq, çünki biz demokratik ölkəyik, burada 4 prezident seçilib. Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük, lakin biz eyni bölgədə yaşamalıyıq, bütün çətinliklərə baxmayaraq, hər iki tərəf üçün məqbul olacaq həll yolu tapmaq üçün yol tapmalıyıq”, – Vardanyan bildirib.

Azərbaycanşünas Tatevik Hayrapetyan həmçinin qeyd edib ki, Azərbaycan KİV-ləri söhbətin tam tərcüməsini təqdim etməkdən başqa, demək olar ki, heç bir istinad etməyib: “Mənə elə gəlir ki, Vardanyanın cavabları azərbaycanlıları narahat edib”.

Qeyd edək ki, indiyədək Artsaxın heç bir nümayəndəsi “Hard Talk”-un qonağı olmayıb.

Daha çox göstər
Back to top button