
Yanvarın 25-də Brüsseldə işgüzar səfərdə olan Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar və xarici siyasət üzrə baş müşaviri Maqdalena Qrono ilə görüşüb.
Tərəflər AB-nin yeni mülki monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi qərarını vurğulayaraq, bunun regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verəcəyini qeyd ediblər.
Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində yaranmış vəziyyət müzakirə edilib.
ER XİN rəhbəri vurğulayıb ki, Azərbaycan öz hərəkətləri və ritorikası ilə Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması səylərinə zərbə vurur.
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ətrafında fikir mübadiləsi aparılıb.







