BaşlıcaSiyasət

AŞPA-da aydın başa düşülür ki, Laçın dəhlizi Azərbaycan tərəfindən bloklanıb və dərhal açılmalıdır: Rubinyan

AŞPA-da aydın başa düşülür ki, Laçın dəhlizi Azərbaycan tərəfindən bloklanıb və dərhal açılmalıdır, ER Parlamentinin nümayəndə heyətinin rəhbəri, parlamentin sədr müavini Ruben Rubinyan öz “Facebook” səhifəsində yazıb.

O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Laçın dəhlizinin bağlanması ilə bağlı müzakirə”dəki çıxışını paylaşıb.

“Müzakirə nəticəsində AŞPA bürosu mövzu ilə bağlı hesabatın hazırlanması imkanlarını müzakirə edəcək. Biz həmkarlarımızla birlikdə Laçın dəhlizinə faktaraşdırıcı qrupun göndərilməsi ideyasını təbliğ etməyə davam edəcəyik”, – deyə Rubinyanın yazısında deyilir.

Dekabrın 12-də səhər saatlarında mülki geyimli bir qrup azərbaycanlı Artsaxı Ermənistanla birləşdirən Laçın dəhlizini bağlayıb.

Dekabrın 13-dən etibarən Azərbaycan tərəfi Artsaxa qazın verilişini vaxtaşırı kəsir.

Yanvarın 9-dan Ermənistandan Artsaxa elektrik enerjisi verilməsi Azərbaycanın nəzarəti altında olan ərazidən kəsilib. Azərbaycan tərəfi zəruri hallarda fövqəladə bərpa işlərinin aparılması üçün mütəxəssislərə yaxınlaşıb səbəbləri başa düşməyə imkan vermir. Artsaxda elektrik enerjisi təchizatı dayandırmalarla həyata keçirilir.

Laçın dəhlizi bağlı qalır.

Daha çox göstər
Back to top button