BaşlıcaEkonomikaTəhlil

Ermənistana göndərilən pul köçürmələrinin həcmi 4 milyard dollara yaxındır: ekspert

Ermənistana göndərilən pul köçürmələrinin ümumi həcmi 4 milyard dollara yaxındır. Bunu iqtisad elmləri doktoru Tatul Manaseryan deyib.

O, məlumat verib ki, ötən il respublikaya göndərilən fərdi pul köçürmələrinin həcmi artıb. “Əvvəlki kimi xaricdən pul köçürmələrinin ümumi həcminin 60 faizi Rusiyadan daxil olur. Həmin vəsaitlər əsasən bank sektoruna yatırılır”, – deyə Manaseryan əlavə edib.

Ekspert aydınlıq gətirib ki, kreditlər bu vəsaitlər hesabına verilir və bu da öz növbəsində Ermənistanda biznes fəallığına müsbət təsir göstərir.

Daha çox göstər
Back to top button