BaşlıcaSiyasət

ABŞ Avropa Birliyinin Ermənistandakı missiyasının təşəbbüsünü alqışlayır

Birləşmiş Ştatlar tərəfdaşların, o cümlədən Avropa Birliyinin regionda etimadın yaradılmasına və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsinə yönəlmiş səylərini alqışlayır. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi “Radar Armenia”-nın sorğusuna cavab olaraq bildirdi.

“ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir. Biz tərəfdaşlarımızın, o cümlədən Avropa Birliyinin regionda etimadın yaradılmasına və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsinə yönəlmiş səylərini alqışlayırıq. Səmərəli olanda, biz bütün tərəfdaşlarımızla və birbaşa tərəflərlə işləməyə davam edəcəyik”.

Daha çox göstər
Back to top button