ArtsaxBaşlıcaSiyasət

ABŞ Konqresində Laçın dəhlizinin blokadasının açılmasını tələb edən qətnamə təqdim olunacaq

ABŞ Konqresinin Erməni Qrupunun həmsədrləri Frenk Fallon, Gus Bilirakis, Adam Şif, David Valadao və ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü Bred Şerman Azərbaycan tərəfindən Artsaxın blokadasına son qoyulmasını tələb edən qətnamə layihəsini dövriyyəyə buraxıblar.

Hay Dat Bürosunun Mərkəzi Ofisinin bildirdiyinə görə, qətnamə layihəsində Azərbaycanın hərəkətlərini qəti şəkildə pisləməklə yanaşı, ABŞ-nin vəziyyəti həll etmək üçün edə biləcəyi bir sıra müəyyən tədbirlər də öz əksini tapıb. Xüsusilə bu addımları təklif olunur:

  • Azərbaycanın törətdiyi hərbi cinayətlərin beynəlxalq araşıdırlmasına kömək etmək
  • Laçın dəhlizində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlar və Artsax hakimiyyəti ilə əməkdaşlıq
  • Prezident tərəfindən 907 saylı qətnamənin tələblərinin dərhal yerinə yetirilməsinin təmin edilməsi və ABŞ-nin Azərbaycana veriyi hərbi və təhlükəsizlik yardımın dayandırılması
  • Azərbaycan prezidenti tərəfindən Artsaxın blokadasına və digər insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan məmurlarına qarşı qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq etmək
  • Artsaxda humanitar böhrandan zərər çəkmiş əhaliyə humanitar yardım göstərmək, o cümlədən Artsaxda USAID (Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi) ofisi açmaq

Amerikadakı Erməni Komitəsinin Vaşinqton ofisinin icraçı direktoru Aram Hambaryan komitə və digər müttəfiq icma təşkilatları adından qətnamə layihəsinin təqdimatını alqışlayıb.

Frank Fallon ABŞ konqresmenlərinə yazdığı məktubda onları qətnamə layihəsinin irəli sürülməsinə dəstək etməyə çağırıb. O vurğuladı ki, “Əliyev rejimi yerli erməni əhalisini Artsaxdan çıxarmaq və onları öz doğma torpağında azad, ləyaqətli və demokratik yaşamaq imkanından məhrum etmək üçün düşünülmüş addımlar atır. Bu, etnik təmizləmənin bariz əlamətidir və biz onu gözardı edə bilmərik”.

Pallon həmçinin Birləşmiş Ştatları dərhal hərəkətə keçməməyə və dəhlizin açılması üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

Daha çox göstər
Back to top button