ArtsaxBaşlıcaSiyasət

Artsax bir aydan çoxdur ki, saxta bəhanələrlə Azərbaycan tərəfindən mühasirəyə alınıb – VİDEO

Artsax bir aydan çoxdur ki, saxta bəhanələrlə Azərbaycan tərəfindən mühasirəyə alınıb. Üstəlik, Azərbaycan tərəfindən vaxtaşırı qaz və elektrik enerjisinin kəsilməsi səbəbindən Artsaxda humanitar vəziyyət getdikcə pisləşir, uşaq bağçaları və məktəblər bağlanır, mağazalar boşalır, 120 min Artsaxlının fundamental hüquqları pozulur.

Artsaxdakı vəziyyət geniş beynəlxalq reaksiya alıb və müxtəlif səviyyəli bəyanatlarla tənqid olunub. Azərbaycanın bu qanunsuz addımlarının bütün dünyaya çatdırılmasında erməni əsilli dünya şöhrətli ulduzların, idmançıların, iş adamlarının və digər tanınmış xadimlərin də böyük rolu var.  

Dünyada məşhur Kim Kardaşyan rəsmi İnstagram səhifəsinin “Stori”-lərində Laçın dəhlizinin blokadası ilə bağlı video yayımlayıb. Videoda Artsaxda yaşayan uşaqlar Artsaxın blokadasını dayandırmağa çağırıb. Kim Kardaşyanın İnstagramda 342 milyon izləyicisi var. 

Erməni əsilli müğənni Şer və prodüser Erik İsraelyan Newsweek-dəki məqaləsində Ermənistan və Artsaxa qarşı hərəkətlərə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Onlar qeyd ediblər ki, Azərbaycan tərəfindən Artsaxın blokadası hazırda 120 mindən çox insan üçün təhlükə yaradıb. 

Müğənni Serj Tankyan da öz Twitter səhifəsində Azərbaycanın Artsaxı qanunsuz blokadaya almasından yazıb və  qeyd edib ki, Artsaxda humanitar vəziyyət getdikcə pisləşir. O bildirib ki, ABŞ prezidenti və hakimiyyətinin Azərbaycan prezidenti İlham Əliyevə birbaşa təzyiq göstərməsinin vaxtı çatıb. 

Avroviziya mahnı müsabiqəsindən məşhhur olan erməni müğənni Roza Lin Los-Ancelesdə “Artsax blokadasına son” sözləri yazılmış geyimlə səhnəyə çıxıb. 

Erməni əsilli tennisçi Karen Xaçanov “Avstraliya Açıq” turnirində qazandığı qələbədən sonra kameraya “Artsax, güclü ol” yazaraq Artsaxa dəstəyini bildirib. Xaçanovun bu addımı internetdə böyük dəstək tapıb və amerikalı erməni iş adamı Aleksis Ohanyan da bunu İnstaqram səhifəsində paylaşıb. Ohanyan sosial şəbəkələrin bütün platformaları vasitəsilə fəal şəkildə Artsax blokadasına son qoymağa çağırır.

İtaliyanın “İnter” klubunun erməni futbolçusu Henrix Mxitaryan da öz növbəsində Artsaxdakı humanitar böhrana toxub. 

Artsaxın dövlət naziri Ruben Vardanyan vətəndən uzaqda yaşayan, lakin Artsaxın taleyinə biganə olmayan hər bir erməninin səsinin dəyərli olduğunu bildirərək, Artsax səsinin bütün dünyaya çatdırılmasına görə hər kəsə öz təşəkkürünü ifadə edib.

Daha çox göstər
Back to top button