BaşlıcaSiyasət

“Ermənistan KTMT missiyasından imtina etməyib”: Vağarşak Harutyunyan

“Ermənistan KTMT missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsindən imtina etməyib”.

Bu barədə Ermənistanın Rusiyadakı səfiri, keçmiş müdafiə naziri Vağarşak Harutyunyan “TASS”ın müxbiri ilə söhbətində deyib.

“KTMT müşahidəçilərinə gəlincə, onlardan heç kim imtina etməyib. KTMT-nin baş katibi və Birləşmiş Qərargah rəisinin regiona səfəri çərçivəsində Yerevanda imzalanması nəzərdə tutulan sənəd Ermənistan tərəfinin sənədə dəyişiklik etmək istədiyi üçün imzalanmayıb. Bu sənəd yenilənmə mərhələsindədir”, – deyə Harutyunyan bildirib.

Daha çox göstər
Back to top button