BaşlıcaSiyasət

Misir Prezidenti Əliyevlə görüşüb:  “Davamlı və hərtərəfli sülhə nail olmaq üçün təkcə hərbi güc heç vaxt kifayət etməmişdir”

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan prezidenti Əliyevlə görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib və sülhə nail olmaq üçün danışıqların vacibliyini vurğulayıb.

Misir prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Əliyevlə danışıqlar zamanı həm Yaxın Şərq, həm də Cənubi Qafqazda bir sıra beynəlxalq və regional məsələlər müzakirə olunub.

“Biz dialoqun və danışıqların vacibliyini, sağlam düşüncə və müdrikliyin səsinə üstünlük verilməsinin vacibliyini təsdiq etdik, nəzərə alaraq ki, davamlı, hərtərəfli və ədalətli sülhə nail olmaq üçün təkcə hərbi güc heç vaxt kifayət etməmişdir” – deyərək  Misir Prezidenti bildirib.

O, xüsusilə iqtisadi səbəblərdən xalqın əzablarının ikiqat artdığı indiki mərhələdə sülh yolunu tamamlamaq, daha yaxşı reallığa və xalqın ləyaqətli həyata qovuşması üçün danışıqların aparılmasının zəruri olduğunu vurğulayıb.

Misir Prezidenti regional səfərlə yanvarın 28-də Ermənistana gəlib.

Daha çox göstər
Back to top button