BaşlıcaSiyasət

Ruben Vardanyan France TV-yə müsahibə verib: “Bu, ABŞ, Fransa və Rusiyanın maraqlarının üst-üstə düşdüyü məsələdir”

Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan Fransanın nüfuzlu televiziya şirkəti France TV-yə “Le monde de Loison” proqramı çərçivəsində Artsax ətrafında cərəyan edən hadisələri təqdim edərək müsahibə verib.

Aldığımız məlumata görə, müsahibənin tərcüməsini Artsax Respublikasının dövlət nazirinin heyəti təqdim edib.

France TV sual: – Cənab Vardanyan, vəziyyəti təsvir edərdinizmi?

Ruben Vardanyan  cavab: – Biz humanitar böhran şəraitindəyik. Artıq 47 gündür ki, blokada davam edir. Bizim Artsaxdan çıxış üçün şansımız yoxdur.

Uşaqlar məktəbə gedə bilmir, çünki qaz yoxdur, işıq məhduddur – gündə cəmi bir neçə saat. Bizim bəzi ərzaq ehtiyatlarımız var, onları da kuponlarla paylayırıq, amma soyuqdur, qışdır, 47 gün mühasirədə qalan 120 min insan üçün vəziyyət doğrudan da təhlükəlidir.

Sual :  – Siz bunu etnik təmizləmə adlandırmağa razısınızmı?

Cavab : – Bu, açıq şəkildə etnik təmizləmə və məcburi köçkünlük siyasətidir. Məsələ burasındadır ki, bizi ölkəmizdə yaşamaq hüququndan məhrum etmək istəyirlər. Amma Artsax bizim tarixi irsimizdir.

Bizim ermənilərin minilliklər boyu nəsillər boyu yaşadıqları yerdə yaşamaq haqqımız var. Prezident Əliyev isə açıq şəkildə dedi ki, Artsaxı ermənilərsiz görür, kim getmək istəyirsə, getsin.

Bu qəbuledilməzdir, çünki bu, təkcə etnik təmizləmə deyil, həm də xəbərdarlıqdır ki, biz ermənilərin öz mədəniyyətləri və adət-ənənələri ilə Artsaxda qalmasına imkan verməyəcəyik, onlar ermənilərin fərqli olduğunu, öz dəyərlərinə və qanunlarına malik olduqlarını qəbul etmək istəmirlər.

Bu həm də fundamental insan hüquqlarının pozulmasıdır. Bu, etnik təmizləmə təhlükəsi ilə öz müqəddəratını təyinetmə hüququmuzun mütləq pozulmasıdır.

Azərbaycan öz xalqının hüquqlarının pozulduğu, 45 ildir bir ailənin nəzarətində olduğu, insanların kasıb olduğu, neft və qazdan gələn bütün gəlirlərə yalnız kiçik  dəstənin nəzarət etdiyi ölkədir.

Onların nəzarəti altında necə yaşamalı olduğumuzu bizə diktə edir. Bu qəbuledilməzdir.

Sual: – Cənab Vardanyan Avropa  müşahidəçi  missiyasını göndərib.Bu, məgər beynəlxalq ictimaiyyətdən gözlədiyiniz  nyinsə başlanğıcıdırmı?

Cavab : – Missiyanı Artsaxa yox, Ermənistan sərhədinə göndərdilər. Mən avropalıların, Rusiyanın və digər ölkələrin missiyasını bizə hava dəhlizi açmaqda görürəm.

 Bizə kömək edəcək ən mühüm missiya və addım Stepanakertə humanitar yüklərin daşınmasına imkan verəcək hava yolu olacaq. Yoxsa Azərbaycanın nəzarətində olan quru yolu ilə qida və digər zəruri əşyaları almaq problemi həmişə yaşayacağıq.

Sual : – Cənab Vadanyan, bu gün buraya toplaşan jurnalistlərin bir qismi Fransa Prezidenti Makronla görüşüb. Siz Fransız xəbər kanalında danışırsınız, Siz bu axşam Emmanuel Makrona nə demək istərdiniz? Ondan nə soruşmaq istərdiniz?

Cavab : – İlk növbədə, mən Prezident Makrona həqiqətən erməni millətinin, Artsax xalqının tərəfində olduğuna görə təşəkkür etmək istərdim. İkincisi, demək istərdim ki, dünyanın ən sivil dövlətlərindən birinin Prezidenti olmağın məsuliyyəti insan haqlarından, humanitar dəyərlərdən anlayışı olmayan bir ölkəyə ardıcıl təzyiq göstərməkdir.

Bütün çətinliklərə baxmayaraq, Avropaya biganə qala bilməyəcəyimizi, qanunu, demokratiyası olmayan dövlətə təzyiq göstərməli olduğumuzu göstərmək üçün Prezident Makronun təzyiqləri davam etdirməsi və bütün Fransa ictimaiyyətini cəlb etməsi lazımdır.

 Yolu açmaq, humanitar yüklərin daşınması üçün hava dəhlizi təmin etmək və nəhayət, Artsaxın müstəqilliyini tanımaq lazımdır. Son 35 ildəki mübarizəmiz də buna yönəlib ki, bu da regionda uzunmüddətli sülhün təminatıdır.

Sual : – Səhv etmirəmsə, əslən Rusiyadansınız. Deyirlər Sizin Vladimir Putinlə əlaqəniz var. Rusiya bəs haradadır? Axı Rusiya sülhməramlı idi. 2020-ci ilbəyənnaməyə görə  Rusiya sülhü təmin etməli idi. Cənab Putin Ukraynada sizi qoruya bilməyəcək qədər məşğuldurmu və peşmanlığınız varmı?

Cavab : – Mən Ermənistanda doğulmuşam, anam tərəfi isə Artsaxdandır. Mən 20 il ərzində Artsaxda bir çox layihələr həyata keçirmişəm. Oğlum hərbi xidmətdə olub, qızım burada yaşayırdı.

Mən fəxr edirəm ki, Rusiyada uğur qazanmış bir erməniyəm. Rusiya sülhməramlı missiyanı yerinə yetirir. Hamımız bilirik ki, sülhməramlılar o qədər də çox deyil – 2000 nəfərdir və özlərini “ekoloji fəal” adlandıran vətəndaş fəallarını dayandırmaq üçün məhdud səlahiyyətə malikdirlər.

Rusiya 2020-ci ilin noyabrında  Artsaxda sülh üçün sənədin imzalanmasında mühüm rol oynayıb.

Mən başa düşürəm ki, bu, çox mürəkkəb vəziyyətdir və müxtəlif maraqları güdən xeyli tərəflər var. Lakin mən hesab edirəm ki, ATƏT-in Minskin üzvü olan Rusiya, Fransa və ABŞ bu münaqişə ətrafında birləşərək Azərbaycana ayrı-ayrılıqda deyil, birlikdə çox böyük təzyiqlər göstərə bilərlər.

Çünki hesab edirəm ki, ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlərin maraqları üst-üstə düşərkən bax  problem budur. demokratiyanı xilas etmək, minilliklər boyu öz torpağında yaşayan kiçik bir xalqı xilas etmək.

 Odur ki, Əliyevə və onun rejiminə böyük təzyiq göstərmək üçün Rusiya, Fransa və ABŞ arasında heç bir ziddiyyət görmürəm.

Sual:  – Siz Vladimir Putinlə danışırsınızmı? Rusiya Prezidenti ilə görüşmək imkanınız varmı? Bu vəziyyətlə bağlı bəs o, nə deyir?

Cavab: – Xeyr, mənim Prezident Putinə çıxışım yoxdur. İnsanların ərzaq qıtlığı, elektrik enerjisi çatışmazlığı olan bir mühasirədəyəm.

Mən 35 ildir həqiqətən də müstəqillik uğrunda mübarizə aparan xalqımın yanındayam. Stepanakertdə mühasirəyə düşdüyüm üçün heç kimə çıxışım yoxdur. Bu vəziyyət artıq mənim üzərimə bir dövlət naziri olaraq xalqımla yan-yanaşı olmaq üçün böyük məsuliyyət qoyub.

Daha çox göstər
Back to top button