BaşlıcaSiyasət

Beverli-Hillz şəhərinin meri ermənilər əleyhinə vərəqələrin yayılmasını pisləyib

Ötən şənbə və bazar günləri Beverli-Hillzdə ermənipərəst etirazçılara qarşı nifrət dolu vərəqələr yerləşdirilib, burada etirazçılar Laçın dəhlizinin bağlanması ilə əlaqədar Artsaxda davam edən böhrana etirazlarını bildirmək üçün yürüş ediblər. Bu barədə “Armenpress” “Los Angeles Magazine”ə istinadən xəbər verir.

Etirazçılar işıq dirəklərində aşağıdakı hədələyici sözlərdən ibarət vərəqələrlə qarşılanıb: “Azərbaycan+Türkiyə+Pakistan+İsrail = Ermənistanı xəritədən siləcək 4 qardaş. İnşallah”.

Beverli-Hillzin meri Lil Bose dərhal sosial mediada vərəqələri qınayıb, şəhərin polis idarəsi  isə məsul şəxslərin axtarışı üçün La Cienega və Uilşir bulvarları ətrafında müşahidə kameralarının görüntülərini nəzərdən keçirib.

“Mən dəfələrlə demişəm, nifrətin Beverli Hillzdə və ya başqa yerdə yeri yoxdur. Mən həmişə bunu rədd edəcəm, həmişə buna qarşı olacağam”, – deyə Bose “Facebook”da yazıb.

Media xatırladır ki, 2020-ci ildə 6 həftəlik müharibədən sonra Rusiya prezidenti Vladimir Putin Artsax ermənilərinin xarici dünya ilə əlaqə saxladığı Laçın dəhlizi boyunca sülhməramlı qoşunlar yerləşdirib.

“Soyqırım təkcə insanların kütləvi şəkildə öldürülməsi deyil.  Bu, həm də insanların aclıqdan ölməsinə, onları dərmandan məhrum etməsinə, dağlıq bölgələrdə istilik və elektrik enerjisinin kəsilməsinə səbəb olan yaşayış şəraitinin yaradılması kimi müəyyən edilir”,- deyə  “Los Angeles Magazine” redaktor Harut Sasunyanın məqaləsinə istinadən qeyd edib.

Dövri nəşrin məlumatına görə, Erməni Hüquqşünaslar Assosiasiyasının ermənilərin hüquqlarını müdafiə məsələləri üzrə komitəsinin sədri Aleks Bastyan qeyd edib ki, onun həmvətənlərinə qarşı nifrət cinayətləri nəinki artmaqdadır, hətta beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır. Qəzet xatırladır ki, San-Fransiskodakı Müqəddəs Qriqori Erməni kilsəsi 2020-ci ildə partlayıcı ilə hücuma məruz qalıb, lakin hücumun üstü hələ açılmayıb. Federal Təhqiqat Bürosu günahkarlar haqqında məlumat verənə 50 min dollar mükafat təklif edib.

Bastyan vərəqələr haqqında deyib: “Bu, sadəcə olaraq, birimizə qarşı deyil, hamımıza qarşı cinayətdir”.

Uest Hollivudun meri Sepi Şayn da həftəsonu erməni əsilli amerikalılara qarşı təhdidləri pisləyib.

“Nifrətin artması demokratiya üçün ciddi təhlükədir və biz hamımız sevgi naminə və nifrətə qarşı ayağa qalxmağa davam etməliyik”, –  deyə Şayn “Twitter”də yazıb.

Daha çox göstər
Back to top button