BaşlıcaSiyasət

ABŞ Ermənistan-Azərbaycan probleminin həllində iştirakını davam etdirəcək

ABŞ dövlət katibinin müavini Vedant Patel mətbuat konfransında bildirib ki, ABŞ Ermənistan-Azərbaycan məsələsində dərindən iştirak etməyə davam edəcək.

“Bu, ABŞ dövlət katibi Blinken üçün çox vacibdir. Bu, Dövlət Katibliyin çox diqqət yetirdiyi bir şeydir. Xüsusilə, dövlət katibi həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışmaq imkanı əldə edib”, -Vedant Patel bildirib.

O, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi vəzifəsinə L. Bononun təyin edilməsinə toxunub.

Patel qeyd etdi ki, “o, ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması ilə bağlı fəaliyyətinə rəhbərlik edəcək. O, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr formatında ABŞ-nı təmsil edir”.

Daha çox göstər
Back to top button