ArtsaxBaşlıca

Artsaxda blokadanın iqtisadi və sosial nəticələrinin yumşaldılmasına yönəlmiş tədbirlər həyata keçiriləcək

Blokadanın iqtisadi və sosial nəticələrinin yumşaldılmasına yönəlmiş tədbirlər fevralın 1-də Artsax Respublikasının dövlət naziri Ruben Vardanyanın rəhbərliyi ilə keçirilən məsləhətləşmə zamanı təqdim olunub.

“İş yerlərinin qorunub saxlanması üçün mümkün qədər dəstək olmağa çalışırıq. Təəssüflər olsun ki, bu vəziyyətdə çoxları işini itirib. Hazırlanmış proqramlar vasitəsilə həm sahibkarlara, həm də çətin vəziyyətdə olan vətəndaşlara mümkün qədər dəstək olmağa çalışacağıq.

Dövlət naziri aparatının məlumatına görə  social baxımdan vəziyyət daha da çətinləşməkdədir” .

İqtisadi proqramların icrasına Dövlət Gəlirləri Komitəsi, sosial proqramlara isə Sosial İnkişaf və Miqrasiya nazirliyi cavabdehdir. Proqramların təfərrüatları tezliklə dərc olunacaq.

Dövlət naziri tədbirlərin şəffaf və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin blokada nəticəsində iqtisadiyyata dəyən ümumi zərərin məbləğinin hesablanmasını tapşırıb.

Məsləhətləşmə zamanı təhsil, səhiyyə və sosial sahələrə aid aktual məsələlər həmçinin müzakirə olunub.

Daha çox göstər
Back to top button