BaşlıcaSiyasətTəhlil

Azərbaycanın müstəqilliyinin tanınması İranın səhvidir: İranlı ekspert

İran əleyhinə fəaliyyətlərin artması və Bakının ritorikasının fonunda beynəlxalq münasibətlər üzrə tanınmış iranlı ekspert Diako Hüseyni Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasını İranın son üç onillikdə ən böyük səhvlərindən biri adlandırıb, “Infoteka24” yazır.

Hüseyninin fikrincə, Azərbaycanın müstəqilliyinin tanınması üçün heç bir tarixi əsas yox idi.

“Səhvləri düzəltmək üçün hələ də gec deyil. Ermənistanla müdafiə müqaviləsinin imzalanması bu qarışıqlığa son qoymaq üçün ilk böyük addım ola bilər”, – deyə Hüseyni bildirib.

Ekspert qeyd edir ki, geri dönüş nöqtəsinə çatmaq İranın yox, Azərbaycan Respublikasının seçimi olub.

“Böhranın səbəbi son Qarabağ müharibəsindən sonra Bakının yalançı özünə inamı və şimal sərhədlərində yeni Səddam Hüseynin qarşısını almaq üçün bizim iradəmizin və qabiliyyətimizin yanlış hesablanması idi”, – deyə Hüseyni deyir.

Daha çox göstər
Back to top button