BaşlıcaSiyasət

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı yeni təfərrüatlar

İranın “Azariha” saytı ötən həftə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı təfərrüatları yazıb. Saytın məlumatına görə, həmin şəxsin psixi problemləri var və keçmişdə qaçaqmalçılıqla məşğul olub və beləliklə, 2 il əvvəl silah alıb, “Infoteka24” yazır.

Saytın məlumatına görə, Hüseynzadənin qardaşı Rəhman Urmiyadakı “Fizuli”  kitab mağazası və “Şan Ei” nəşriyyatının sahibidir ki, bu da şəhərin tanınmış millətçi və panazəri yerlərindəndir. “Fizuli” kitab mağazası da Türkiyə Konsulluğu tərəfindən mükafat alıb.

Saytın məlumatına görə, hər iki qardaş İranda tanınan “Mucahiddin-e-Xalq” terror qruplaşması ilə də əlaqəli olub. Sayt hücumun Bakının özündən də yönələ biləcəyi fikrini bildirir.

Daha çox göstər
Back to top button