BaşlıcaEkonomika

Baş nazir Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib

Baş nazir Nikol Paşinyan Qazaxıstanın Almatı şəhərində Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibdə keçirilən iclasında iştirak edib.

Bu barədə ER Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatlandırılıb.

Avrasiya İqtisadiyyat İttifaqı ölkələrinin Baş nazirləri Avrasiya inteqrasiyası ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Xüsusilə, Aİİ-nin daxili bazarının fəaliyyətinə, sənaye kooperasiyasının maliyyələşdirilməsinə, aqrar-sənaye kompleksinin inkişafına, enerji sektorunda kooperasiyaya istinad edilib.

Rəqəmsal gündəliyin icrası, xüsusilə İttifaqın inteqrasiya informasiya sisteminin təkmilləşdirilməsi diqqətə çatdırılıb.

Genişlənmiş hökumətlərarası şuranın iclası fevralın 3-də keçirilib.

Daha çox göstər
Back to top button