BaşlıcaSiyasət

Amerika universitetinin professor:  “İrana hücumlar Ermənistan üçün ekzistensial təhlükədir”

ABŞ və İsrailin İrana hücumları Ermənistan üçün ekzistensial təhlükədir. Bu barədə “Strength Factor” kanalının efirində NEWS.am-ın müxbiri ilə söhbətində Amerika Lehi Universitetinin professoru, politoloq Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistan üçün bundan ciddi təhlükə yoxdur.

O, Ermənistanın təhlükəsizliyi üçün İranın sabitliyi və Yerevanla münasibətləri amilini çox vacib hesab edir.

“Ermənistanla sərhədini itirəcəyi təqdirdə ciddi problemlə üzləşəcək İran regionda güc balansını Tehranın ziyanına dəyişəcəyi üçün Sünikdən keçən dəhlizə qarşı çıxır” –  deyərək Qriqoryan əlavə edib.

Ekspert hesab edir ki, Qərb dəhlizin əleyhinə deyil, Rusiyanın dəhlizə nəzarət etməsinin əleyhinədir.

“İran kontekstində Birləşmiş Ştatlar vəziyyətin gərginləşəcəyi təqdirdə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib, İsrail Azərbaycanda çox fəaldır ki, bu da qismən Tehrana qarşı siyasəti ilə bağlıdır” –  deyərək  professor vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla İran arasında mümkün hərbi münaqişədən  həmçinin narahatdır.

Daha çox göstər
Back to top button